Fortex Sərgi Salonu

Tam olmaq gözəldir - məhsul çeşidlənməsi fonundakı qüsursuz yaradılan sistem kimi...

Fortex sərgi salonu geniş çeşid boya və emulsiyadan tutmuş divar kağızı, qapı və qapı dəstəkləri, işıqlandırma, tekstil və mebel, mebel aksesuarları, həmçinin xüsusi xalça növlərinə qədər tikinti və hər növ dizayn məhsulları üzrə dünyanın ən məşhur və lüks markalarının Azərbaycandakı yeganə təmsilçisidir.

Fortex sərgi salonu artıq françayzinq sektorunda ixtisaslaşmış və dünyanın bir çox məşhur markalarının etibarını qazanmış PAY GROUP şirkətlər qrupunun bir hissəsi kimi fəaliyyət göstərir.

Missiyamız müxtrəlif kateqoriyalı məhsullar üzrə dünyanın ən zərif və ən etibarlı marka kolleksiyalarını bir araya toplamaq və “Konsept Sərgi Salonu" atmosferi ilə lüks həyat tərzinə rahatlıq təqdim etməkdir.

Şirkət siyasətimizə əsasən salonumuzda təqdim olunacaq məhsul xüsusiyyətləri müasir trendlərə cavab verməklə yanaşı həmçinin keyfiyyət standartlarına da cavab verməli idi. PAY Group komandasının bir hissəsi olaraq biz müştəri ehtiyaclarını da nəzərə alaraq markaların uzun sürən seçim prosesinə xüsusi həssaslıqla yanaşdıq.

Və hal-hazırda Fortex sərgi salonumuzda təmsil olunan geniş təcrübəyə malik, xam malın hazırlanmasında tətbiq edilən ən sonuncu Avropa və dünya standartlarına cavab verən İltaliya, Almaniya, İspaniya, Türkiyə və Amerika istehsalı marka və məhsullarımızla müştərilərimizə zəmənət təqdim etdiyimiz üçün qürur duyuruq.

Eksklusiv məhsul çeşidi ilə yanaşı, seçilmiş markaların keyfiyyətlərini sübut etmək üçün müvafiq sertifikatlaşdırmalar əldə edilmişdir.

Sərgi salonu haqqında əlavə məlumat üçün www.fortex.az veb səhifəsinə müraciət edə bilərsiniz.

Fortex Sərgi Salonu