İş Mühiti

İnsan resursları- şirkətimizin sahib olduğu ən əsas dəyərdir.

PAY Group MMC ölkə Konstutisiyasında da təsbit edildiyi üzrə çalışmaq üçün bacarığı olan, yaşından, cinsindən, dini baxışlarından, ailə statusundan və təhsilindən asılı olmayaraq bütün vətəndaşların bərabər işçi hüquqlarını və sosial öhdəlik və məsuliyyətlərinə hörmətlə yanaşır.

Biz şirkətimizdə işçilərimizin motivasiyasını artıran və davamalı olaraq inkişaf etdirən pozitiv və peşəkar bir iş mühiti formlaşdırmışmışıq. Şirkətin işçi mühiti münaqişədən kənar siyasətin formalaşdırdığı işçi hüquqları, sağlamlıq və təhlükəsizlik, karyera imkanları, yüksək etik normalar və peşəkarlığı stimullaşdıran mexanizmlə idarə olunur.

Şirkətimiz tikinti və təmir prosesi zamanı bədbəxt hadisələrdən maksimum qorunmaq, işçi həyatının təhlükəsizliyini və rahatlığını hər an nəzarətdə saxlamaqla Sağlamlıq, Təhlükəsizlik və Ətraf Mühitin Mühafizəsi Kodeksinə ciddi əməl edir.

Fortex Sərgi Salonu