Haqqımızda

Ölkəmizin sürətlə inkişaf edən iqtisadi vəziyyəti və Azərbaycan Respublikasının prezidentinin çox saylı qərarları ilə sahibkarlığa dəstək məqsədiylə özəl sektor üçün yaradılan münbit şərait yeni sahibkarlıq fəaliyyətlərinin yaranmasına və inkişafına imkan verir.

2011-ci ildən etibarən PAY Group MMC Azərbaycanın tikinti və layihələndirmə sektorunda fəaliyyət göstərməkdədir. Bu müddət ərzində Azərbaycanın inşaat bazarına yeni daxil olmasına baxmayaraq şirkət çox sayda keyfiyyətli işləri ilə öz rəqabət üstünlüyünü sübut etməyi bacardı. Şirktimiz tərəfindən inşa edilən istər böyük komplekslər, istərsə də hər bir kiçik obyektlər yüksək ixtisaslı memar-konstruktorlar tərəfindən layihələndirilərək peşəkar inşaatçı-mühəndislər tərəfindən tikilir. Tikinti, təmir və quraşdırma işlərinin keyfiyyətinə güclü nəzarət olunur.

Tikinti və layihələndirmə sektorundakı uğurlu işləri ilə yanaşı Pay Group MMC bu gün artıq frençayzing sektorunda da ixtisaslaşmış və dünyaca məhşur markalara sahib istehsalçı şirkətlərin etibarını qazanmışdır.

PAY Groupun tərkibində fəaliyyət göstərən sərgi salonları:

Fortex sərgi salonu- lüks seqməntə xitab edərək bir sıra tikinti və hər növ interyer dizayn məhsullarının pərakəndə satışını həyata keçirir

Novamur salonları - Avropanın müxtəlif ölkələrindən olan divar kağızı və pərdə məhsulları ilə artıq bir neçə ildir ki, Bakı və Gəncə şəhərində müştərilərinin xidmətindədir.

Fortex Sərgi Salonu