Missiya və Dəyərlərimiz

“Fərqi Seç” sloqanı ilə müştərilərinə seçmə həyat və rahat gələcək təmin etmək PAY Group MMC-nin əsas missiyası olaraq dayanır.

Dəyərlərimiz:

Ətraf mühitin davamlı inkişafı: Ölkəmizə idxal edilən marka seçimi zamanı təbiət dostu olan marka və məhsullara üstünlük verilmişdir, həmçinin göstərdiyimiz xidmətlərin əsas diqqət mərkəzində ətraf mühitə göstərəcəyimiz negativ təsirlərin minimuma azaldılması dayanır.

Etibarlılıq, Keyfiyyət və Müştəri məmnuniyyəti: Biz müştəri və eyni zamanda təmsil etdiyimiz markaların etibarını qazanmağı və müştərilərimizə keyfiyyətlə zəmanət verməyi əsas dəyərlərimiz olaraq qiymətləndiririk və nəticə etibari ilə müştəri məmnuniyyəti bizim üçün çox vacib əhəmiyyət daşıyan bir anlayışdır.

Dürüstlük, Peşəkarlıq və İşçi loyallığı: Şirkətimiz və insan resursları arasındakı qarşılıqlı dürüstlük siyasətimiz göstərilən xidmətin effektivliyini artıraraq peşəkarlığımızı göz önünə qoyur. Şirkətə loyallıq prinsipinin formalaşdırılması istiqamətində atdığımız addımlar məmun işçi və öz növbəsində məmnun müştərilərin sayını artırmaqdadır.

Fortex Sərgi Salonu