Davamlı İnkişaf

PAY Group MMC hər bir fəaliyyət sahəsində özünün Korporativ Sosial Məsulliyyətini dərk edir və ölkəmizin davamlı inkişafı ümumi fəaliyyətimizin diqqət mərkəzində dayanır. Ölkəyə idxal etdiyimiz yüksək keyfiyyətli tikinti və interyer dizayn məhsul və markalarımızın hər biri ekoloji təmiz və sağlamlığa zərərsiz tərkibi ilə tələb olunan uyğunluq standartlarına cavab verir.

Tikintinin ayrılmaz hissəsi olan boya markalarının seçiminə xüsusi həssaslıqla yanaşdıq və hal-hazırda sərgi salonumuzda təmsil olunan boya məhsullarının çoxu su əsaslı və xüsusi aşağı iyli tərkibi ilə ətraf mühitə və sağlamlığa zərərsizdirlər. Eyni zamanda göstərdiyimiz xidmətlərin əsas diqqət mərkəzində ətraf mühitə göstərəcəyimiz negativ təsirlərin minimuma azaldılması dayanır.

Fortex Sərgi Salonu