Haqqımızda

Tariximiz

Ölkəmizin sürətlə inkişaf edən iqtisadi vəziyyəti və Azərbaycan Respublikasının prezidentinin çox saylı qərarları ilə sahibkarlığa dəstək məqsədi ilə özəl sektor üçün yaradılan münbit şərait yeni sahibkarlıq fəaliyyətlərinin yaranmasına və inkişafına imkan verir

2011-ci ildən etibarən PAY Group MMC Azərbaycanın tikinti və layihələndirmə sektorunda fəaliyyət göstərməkdədir. Bu müddət ərzində şirkət çox sayda keyfiyyətli işləri ilə öz rəqabət üstünlüyünü sübut etməyi bacardı. Şirkətimiz tərəfindən inşa edilən istər böyük komplekslər, istərsə də hər bir kiçik obyektlər yüksək ixtisaslı memar-konstruktorlar tərəfindən layihələndirilərək peşəkar inşaatçı-mühəndislər tərəfindən tikilir. Tikinti, təmir və quraşdırma işlərinin keyfiyyətinə güclü nəzarət olunur.

Tikinti və layihələndirmə sektorundakı uğurlu işləri ilə yanaşı Pay Group MMC bu gün artıq frençayzing sektorunda da ixtisaslaşmış və dünyaca məhşur markalara sahib istehsalçı şirkətlərin etibarını qazanmışdır.

PAY Groupun tərkibində fəaliyyət göstərən sərgi salonları:

  • Fortex sərgi salonu- lüks seqməntə xitab edərək bir sıra tikinti və hər növ interyer dizayn məhsullarının pərakəndə satışını həyata keçirir;

Missiya və dəyərlərimiz

“Fərqi Seç” sloqanı ilə müştərilərinə seçmə həyat və rahat gələcək təmin etmək PAY Group MMC-nin əsas missiyası olaraq dayanır.

Dəyərlərimiz:

  • Ətraf mühitin davamlı inkişafı: Ölkəmizə idxal edilən marka seçimi zamanı təbiət dostu olan marka və məhsullara üstünlük verilmişdir, həmçinin göstərdiyimiz xidmətlərin əsas diqqət mərkəzində ətraf mühitə göstərəcəyimiz negativ təsirlərin minimuma azaldılması dayanır.
  • Etibarlılıq, Keyfiyyət və Müştəri məmnuniyyəti: Biz müştəri və eyni zamanda təmsil etdiyimiz markaların etibarını qazanmağı və müştərilərimizə keyfiyyətlə zəmanət verməyi əsas dəyərlərimiz olaraq qiymətləndiririk və nəticə etibari ilə müştəri məmnuniyyəti bizim üçün çox vacib əhəmiyyət daşıyan bir anlayışdır.
  • Dürüstlük, Peşəkarlıq və İşçi loyallığı: Şirkətimiz və insan resursları arasındakı qarşılıqlı dürüstlük siyasətimiz göstərilən xidmətin effektivliyini artıraraq peşəkarlığımızı göz önünə qoyur. Şirkətə loyallıq prinsipinin formalaşdırılması istiqamətində atdığımız addımlar məmnun işçi və öz növbəsində məmnun müştərilərin sayını artırmaqdadır.

Davamlı inkişaf

PAY Group MMC hər bir fəaliyyət sahəsində özünün Korporativ Sosial Məsulliyyətini dərk edir və ölkəmizin davamlı inkişafı ümumi fəaliyyətimizin diqqət mərkəzində dayanır.

Ölkəyə idxal etdiyimiz yüksək keyfiyyətli tikinti və interyer dizayn məhsul və markalarımızın hər biri ekoloji təmiz və sağlamlığa zərərsiz tərkibi ilə tələb olunan uyğunluq standartlarına cavab verir.